Abdulaye: "İnter"in təklifi daha maraqlı gəldi"

Abdulaye: "İnter"in təklifi daha maraqlı gəldi"
XƏBƏR 29 İyun 2012 / 12:25 2012
-  A +

Bakının "İnter" klubunun son transferlərindən olan Brüs Abdulaye artıq yeni komandasının düşərgəsinə qoşulub.

Qol.Az-ın məlumatına görə, Fransa mətbuatına müsahibə verən Konqo əsilli futbolçu "İnter"i seçməsinin səbəbini açıqlayıb:

"Mənimlə Fransanın "Ayaçço", "Mans" və "Chateauroux" klubları yaxından maraqlanırdı. Lakin "İnter"in təklifi mənə daha maraqlı gəldi. Bu komandanın Avropa Liqasında mübarizə aparması və təklifin maliyyə tərəfinin də məni qane etməsi səbəbindən məhz "İnter"i seçdim".

Qeyd edək ki, Fransanın "Mets" klubundan transfer olunan Abdulaye "İnter"də icarə əsasında çıxış edəcək. Futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq