Rusiya millisini Bakıya Kapello gətirə bilər

Rusiya millisini Bakıya Kapello gətirə bilər
XƏBƏR 29 İyun 2012 / 12:14 1617
-  A +

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya Dik Advokatin gedişindən sonra boş qalan baş məşqçi vəzifəsinə namizəd axtarışlarını davam etdirir.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, ölkə futbol ittiqafı məşhur italiyalı mütəxəssis Fabio Kapelloya da təklif göndərmək fikrindədir.

Qeyd edək ki, Rusiya və Azərbaycan milliləri arasındakı ilk oyun bu il Moskvada, növbəti qarşılaşması isə gələn Bakıda olacaq.


Son xəbərlər