“İnter”in cavab matçı kommunikasiya menecerinə həvalə olundu

“İnter”in cavab matçı kommunikasiya menecerinə həvalə olundu
XƏBƏR 29 İyun 2012 / 11:58 1432
-  A +

“İnter”in Avropa Liqasnın  I təsnifat mərhələsində Estoniyanın “Trans” klubu ilə keçircəyi cavab matçının da hakimi məlum olub.

Qol.Az-ın məlumatına görə, bu, şotlandiyalı referi Kevin Klansidir. O, iyulun 12-də “Dalğa Arena”da keçiriləcək cavab qarşılaşmasında ədaləti təmsil edəcək. Klansi haqqında onu deyək ki, o, 1982-ci il sentyabrın 9-da anadan olub. Əsl peşəsi kommunikasiya meneceridir. Beynəlxalq oyunlar idarə etmək baxımından demək olar, böyük təcrübəsi yoxdur.

Qeyd edək ki, “İnter”in iyulun 5-də Estoniyada keçirəcəyi ilk oyunun baş hakimi  isə belçikalı Aleksandr Boukata olacaq.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı