Cüneyt Çakır "Avro-2012"nin finalında

Cüneyt Çakır "Avro-2012"nin finalında
GÜNDƏM 29 İyun 2012 / 11:52 3109
-  A +

Futbol üzrə 2012-ci il Avropa çempionatında Portuqaliya və İspaniya milli komandaları arasında keçirilmiş yarımfinal matçının baş hakimi Cüneyt Çakır final oyununa da çağırılıb.

“Vatan” qəzetinin istinadən verdiyi məlumata görə, UEFA-nın "Avro-2012"də hakimlər üzrə koordinatoru Pyerluici Kollina çempionatda Türkiyəni təmsil edən 5 hakim arasından Çakır və Bahattin Durandan ölkələrinə dönməmələrini istəyib.

İyulun 1-də Ukraynanın paytaxtı Kiyevdəki “Olimpiyski” stadionunda İspaniya və İtaliya milli komandaları arasında keçiriləcək həlledici qarşılaşmada 36 yaşlı referinin 4-cü hakim, Duranın isə ehtiyat köməkçi hakim olacağı gözlənilir.

Qeyd edək ki, Cüneyt Çakır İngiltərə və İtaliya yığmaları arasında keçirilmiş 1/4 finalda da 4-cü hakim olub. Bundan sonra ona yarımfinal mərhələsinin Portuqaliya – İspaniya görüşü həvalə edilib. İspaniyanın penaltilər seriyasında qalib gəldiyi oyunun ardından portuqaliyalı ulduz Kriştianu Ronaldu və hər iki komandanın baş məşqçiləri onu təbrik edib. Çakır yarımfinal oyunundakı idarəçiliyi qarşılığında 8,5 bal alıb (lent.az).

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın