Mahmud Qurbanov futbolçu seçir

XƏBƏR 29 İyun 2012 / 11:19 1757
-  A +

Gəncənin “Tərəqqi” klubu “açıq qapı” günü təyin edib. Bu barədə Qol.Az-a məlumatı klubun mətbuat xidmətindən veriblər. Məlumata görə, iyulun 2-dən etibarən məşqlərə start verəcək komandanın gənc və perspektivli baş məşqçisi Mahmud Qurbanov həmin gün saat 5-dən etibarən Gəncə şəhər stadionunda futbol qabiliyyəti olan və futbolçu kimi özünə güvənən bütün gəncləri baxışa dəvət edir.

Belə ki, bir araya gələn komanda öz futbolçuları ilə yanaşı digər baxışa gələcək futbolçuları da nəzərdən keçirəcək, onların qabiliyyətinə uyğun seçim ediləcək.

Klubdan onu da bildiriblər ki, “açıq qapı” günü ilə bağlı yerli kütləvi informasiya vasitələrində məlumatlar verilir.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord