Pirlo: "Biz hələ heç nə etməmişik"

Pirlo: "Biz hələ heç nə etməmişik"
GÜNDƏM 29 İyun 2012 / 03:42 2403
-  A +

İtaliya milli komandasının aparıcı futbolçusu Andrea Pirlo Almaniya ilə görüşdən sonra fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "Football İtalia"ya danışan Pirlo hələ heç nə etmədiklərini bildirib:

"Biz hər zaman milli komandada uğur qazanmaq üçün çalışırıq. 2006-cı ildə dünya çempionluğundan sonra bir sıra problemlərlə üzləşdik. Uzun müddət idi ki, belə qələbələrə həsrət qalmışdıq. Almaniyanı məğlub etməklə finala yüksəldik. Ancaq hələ heç nə etməmişik. Finalda İspaniyanı da məğlun etməliyik. Bunun üçün var-gücümüzlə çalışacağıq".

Qeyd edək ki, "Avro-2012"nin yarımfinalında Almaniyanı məğlub etməklə finala yüksələn İtaliya yığması həlledici görüşdə İspaniya millisi ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı