Əmrə Bəlözoğlu: "Qalatasaray"lı deyildim"

Əmrə Bəlözoğlu: "Qalatasaray"lı deyildim"
XƏBƏR 29 İyun 2012 / 02:37 2352
-  A +

"Fənərbaxça" klubundan İspaniyanın "Atletiko" (Madrid) klubuna transfer olunan Əmrə Bəlözoğlu maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əmrə əzəldən "Qalatasaray"lı olmadığını bildirib:

"Fənərbaxça" formasını geyinməyə başladığım zamanlar hər kəs mənim "Qalatasaray"lı olduğumu düşünürdü. Ancaq bu belə deyil. Mən əzəldən "Qalatasaray"lı olmamışam. Bununla belə, azarkeşlərin təziyiqi ilə üzləşirdim. Klubun prezidenti Əziz Yıldırım və Əli Yıldırım isə hər zaman mənim yanımda olurdu. Artıq prezidentlə vidalaşmışam. Qalıb komanda yoldaşlarım. Bundan sonra İspaniyaya gedəcəyəm. Hər kəs haqqını halal etsin".

Qeyd edək ki, 1996-2001-ci illərdə "Qalatasaray"ın formasını geyinən Əmrə 2008-ci ildə "Fənərbaxça"ya transfer edilmişdi.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın