"İnter" son matçından qalib ayrıldı

"İnter" son matçından qalib ayrıldı
XƏBƏR 29 İyun 2012 / 01:09 2303
-  A +

Sloveniya təlim-məşq toplanışı çərçivəsində "İnter" son yoxlama matçını keçirib.

Qol.Az-ın məlumatına görə, "bankirlər" Sloveniyanın güclülər dəstəsində mübarizə aparan "Selye" komandasıyla qarşılaşmalı idi.

Ancaq qeyri-müəyyən səbəblərə görə matç baş tutmadı və "İnter" Sloveniyanın ikinci liqasında çıxış edən "Çempion" klubunu sınağa çəkib.

Oyun 3:0 hesabı ilə "İnter"in xeyrinə başa çatıb. "İnter"in qollarına Baçana Sxadadze və Tales Şüts (2) imza atıb.

Bununla da, "İnter" Sloveniya hazırlığı çərçivəsində yoxlama qarşılaşmalarını yekunlaşdırıb. Qarşıdakı günlərdə Kaxaber Sxadadzenin komandası plana uyğun olaraq keçirəcəyi məşqlərlə kifayətlənəcək.


Son xəbərlər