Samuel Eto'O 5 ilədək həbs oluna bilər

Samuel Eto
XƏBƏR 29 İyun 2012 / 01:04 2111
-  A +

Hazırda Rusiya “Anji”sində çıxış edən “Barselona” klubunun sabiq futbolçusu Samuel Eto'O İspaniyada həbs təhlükəsi ilə üzləşib.

Qol.Az-ın “AS” nəşrinə istinadən verdiyi məlumata görə, kamerunlu hücumçu 2006 – 2009-cu illərdə İspaniya xəzinəsindən 3,5 milyon avro gizlədib.

Bu pullar ona Kataloniya klubu və “Puma” şirkətindən verilib. Eto'O-nun özü bəyannamələrində vəsaiti Macarıstan və İspaniyada yerləşən firmalardan aldığını bildirib. Məqsəd isə vergi ödənişlərini azaltmaqdan ibarət olub.

Qeyd edək ki, günahı sübuta yetirilsə, Samüel Eto'O-nu 1 ildən 5 ilədək həbs və gizlətdiyi məbləğin 6 misli miqdarında cərimə gözləyir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord