Loris: "Hələ də üzərimizdə təzyiq hiss edirik"

Loris: "Hələ də üzərimizdə təzyiq hiss edirik"
GÜNDƏM 29 İyun 2012 / 00:01 1867
-  A +

Fransa millisinin kapitanı Hüqo Loris komandasının baş məşqçisi Loran Blanın postunda qalmasının tərəfdarı olduğunu bildirib.

Qol.Az-ın məlumatına görə, "L'Equipe"yə danışan təcrübəli qapıçı Blanın Fransa millisində sözünü deməsi üçün zamana ehtiyacı olduğunu vurğulayıb:

"Avro-2012"dən sonra amansızcasına müzakirə olunuruq. Hələ də üzərimizdə təzyiq hiss edirik. Bu, yolverilməzdi. Son iki ildə az işlər görmədik. Biz Blanın komandada qalmasının tərəfdarıyıq. Hər kəs onun futbol düşüncəsi və fəlsəfəsinə inanır. Ancaq Blanın bir qədər zamana ehtiyacı var. Təbii ki, bu barədə qərarı biz yox, federasiya verəcək".  

Qeyd edək ki, Fransa millisi "Avro-2012"nin 1/4 finalında İspaniyaya məğlub olaraq mübarizəni dayandırmışdı.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq