Bekhem: "Bu, mənə ağır zərbə oldu"

Bekhem: "Bu, mənə ağır zərbə oldu"
XƏBƏR 28 İyun 2012 / 17:54 2063
-  A +

Futbol üzrə Böyük Britaniya yığmasının baş məşqçisi Stüart Pirs "London-2012"də çıxış edəcək heyəti açıqlayıb. 

Qol.Az-ın məlumatına görə, İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhem isə olimpiya millisinin 23 nəfərlik heyətindən kənarda qalıb. 

İngilis mütəxəssis yaşı 21-dən yuxarı olan futbolçulardan Rayan Qiqqz ("Mançester Yunayted"), Kreik Bellami ("Liverpul") və Mikah Riçardsa ("Mançester Siti") dəvət göndərib.

Karyerası ərzində 115 dəfə İngiltərənin əsas millisinin formasını geyinən Bekhem olimpiya yığmasına çağırılmaması haqda bunları deyib: "Hər kəs ölkəm adına olimpiadada oynamağı nə qədər istədiyimi yaxşı bilirdi. Lakin milliyə dəvət almadım. Bu, mənə ağır zərbə oldu. Ancaq bununla belə, olimpiyada boyunca komandamı dəstəkləyəcəyəm. Ümid edirəm ki, qızıl medalları məhz Böyük Britaniya millisi qazanacaq".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi