“Zestafoni” elə-belə komanda deyil ki, “Neftçi”nin bəxtinin gətirdiyini deyək”

“Zestafoni” elə-belə komanda deyil ki, “Neftçi”nin bəxtinin gətirdiyini deyək”
MÜSAHİBƏ 28 İyun 2012 / 17:42 3258
-  A +

“Neftçi” klubunun qapıçısı Rauf Mehdiyevin Qol.Az saytına müsahibəsi


- Öncə, Türkiyədə keçirdiyiniz təlim-məşq toplanışı barədə fikirlərini bilmək istərdik...

- Birincisi, deyə bilərəm ki, təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunmuşdur. Həftədə iki dəfə müxtəlif komandalarla yoldaşlıq görüşləri keçirirdik. Eyni zamanda, gündə iki dəfə məşqlərimiz olurdu. İnşallah, növbəti təlim-məşq toplanışı Avstriyada təşkil olunacaq. İyul ayının 1-dəvyola düşəcəyik. Planlaşdırılıb ki, həmin ölkədə də ən azı üç güclü komandayla yoldaşlıq oyunu keçirilsin.

- Türkiyədəki yoldaşlıq görüşlərinin birində Rusiyanın “Mordoviya” klubuna 0:4 hesabıyla uduzdunuz. Bu cür məğlubiyyəti nə ilə əlaqələndirərdin?

- Gün ərzində iki dəfə ağır məşqlər keçirdik. Həmin qarşılaşma öncəsi də, iki ağır məşqimiz olmuşdu. Yəni, uşaqlarda həddindən artıq yorğunluq var idi. Məncə, böyükhesablı məğlubiyyətə əsas səbəb də elə bu oldu. İlk hissədə komandamız yaxşı oynasa da, sonradan üstünlüyü qoruya bilmədik. Həmçinin, bəzi yerli gənc futbolçular da, baş məşqçi tərəfindən yoxlanıldı. Bir də ki, bu, məşqçimizin taktikası oldu. Belə ki, futbolçuları öncə fiziki cəhətdən yükləyib sonra oynatmaq istəyirdi.

- Çempionlar Liqasındakı rəqibiniz “Zestafoni oldu. Rəqibinizin potensialını necə dəyərləndirirsən?

- Püşkatma zamanı çox həyacanlı idim. Həmin potensial rəqiblər içərisində bizə uyğun olanı məhz, “Zestafoni” hesab edilirdi. Mən “Simurq”da çıxış edən zaman onlarla yoxlama görüşü çərçivəsində iki dəfə üz-üzə gəlmişəm. “Zestafone” elə-belə komanda deyil ki, “Neftçi”nin bəxtinin gətirdiyini deyək. Hamımız çox ciddi çalışırıq və üzərimizə düşən məsuliyyəti gözəl anlayırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə ilə azarkeşlərimizi sevindirək.

- Necə düşünürsən, “Zestafoni”ylə qarşılaşmaya qədər heyətinizi tam komplektləşdirə biləcəksiniz? Çünki mövsüm başa çatandan sonra bir sıra aparıcı futbolçular klubu tərk etdi.

- Düzdür, bir çox əsas futbolçularımız digər klublarda forma geyinəcəklər. Doğurdan da, həmin futbolçular çox güclü idi, iki il idi bir yerdə oynayırdıq. Lakin heyətimizdə onları əvəzləyə biləcək kifayət qədər gənc futbolçularımız var. Əgər komanda yaxşı hazırlaşarsa, bu amilin bizə o qədər də, təsir etməyəcəyini düşünürəm.

- “Neftçi”nin hücum xəttinin əsas silahlarından hesab edilən Bahadır Nəsimovun yoxluğu komandanızın çıxışına nə dərəcəcə təsir edə bilər?

- Bahadır komandanın ən aparıcı futbolçularından hesab edilir. Əbəs yerə çempionatın bombardiri olmayıb. Onun zədələnməsinə hər birimiz pis olduq. Doğurdan da böyük itki sayıla bilər. Lakin futbolda belə hallar olur. İnanıram ki, yeni gələn Çili yığmasının hücumçusu Kanales Bahadırı layiqincə əvəzləyə biləcək.

Əli HƏYATİ


Daha çox


Son xəbərlər