Prandelli: “Müdafiədə otursaq, iki illik əziyyətimiz hədər gedər”

Prandelli: “Müdafiədə otursaq, iki illik əziyyətimiz hədər gedər”
AVRO-2012 28 İyun 2012 / 15:33 2450
-  A +

İtaliya millisinin baş məşqçisi Çezare Prandelli bu gün Almaniyaya qarşı “Avro-2012”nin yarımfinal matçıyla bağlı fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, keçirdiyi mətbuat konfransında o deyib ki, almanlarla oyunu səbirsizliklə gözləyir: “Onlarla qarşılaşmaq əla olacaq. Bizim başlıca məqsədimiz öz oyunumuzu nümayiş etdirməkdir. İtaliya millisi bötüvlükdə müdafiəyə oturmamalıdır. Əks halda, bizim iki illik əziyyətimiz hədər gedər”.

Prandelli komandasının Almaniyanı məğlub edəcəyinə inanır: “Əgər biz hücum oyun fəlsəfəmizi ortaya qoysaq, qalib gələ bilərik. Bəlkə də bununla çox risk edəcəyik. Amma kimsənin şübhəsi olmasın: İrlandiya və İngiltərəylə matçlardakı oyunu almanlarla qarşılaşmada da təkrarlayacağıq”.


Son xəbərlər