Nani: "İspaniyaya belə uduzmaq istəməzdik"

Nani: "İspaniyaya belə uduzmaq istəməzdik"
AVRO-2012 28 İyun 2012 / 14:30 2609
-  A +

Portuqaliya milli komandasının yarımmüdafiəçisi Luiş Nani İspaniya ilə oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran portuqaliyalı ulduz bu oyunda bəxtlərinin gətirmədiyini bildirib:

"İspaniyaya qarşı yaxşı oynadıq. Ancaq penaltilər seriyasında bəxtimiz gətirmədi. Təbii ki, belə uduzmaq istəməzdik. Lakin alınmadı. Bununla belə, azarkeşlərimiz bizimlə fəxr edə bilərlər. Çox yaxşı gənc komandamız var. Gələcəkdə daha böyük uğurlara imza atacağıq".

Qeyd edək ki, Portuqaliya millisi "Avro-2012"nin yarımfinalında İspaniyaya penaltilər seriyasında 2:4 hesabı ilə məğlub olmaqla mübarizəni dayandırıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord