"Bakı", “Xəzər Lənkəran” və “İnter”in oyunlarını idarə edəcək hakimlər bəlli oldu

"Bakı", “Xəzər Lənkəran” və “İnter”in oyunlarını idarə edəcək hakimlər bəlli oldu
ÖLKƏ FUTBOLU 28 İyun 2012 / 14:03 2498
-  A +

Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq klublarımızın oyunlarını idarə edəcək hakimlərin adları bəlli olub.

Qol.Az-ın məlumatına görə, iyulun 5-də Lənkəranda keçiriləcək “Xəzər Lənkəran” – “Nomme Kalyu” qarşılaşmasının baş hakimi sloveniyalı Mitya Jqaniç olacaq.

Cəmi 29 yaşı olan referi UEFA hakimləri üçün təyin olunan 4-cü kateqoriyaya daxildir. Beynəlxalq karyerasında cəmi 3 qarşılaşma idarə edən Jqaniç 2 dəfə U-17 yığmalarının matçında hakimlik edib. Bundan başqa, Xorvatiya və İsveç millilərinin yoxlama oyununda da ədalət təmsilçisi olub. “Xəzər Lənkənar” - “Nomme Kalyu” matçı onun avrokuboklardakı debüt oyunu olacaq.

“Trans” - “İnter” matçı isə belçikalı Aleksandr Boukata həvalə olunub. edib. 32 yaşlı referi UEFA-nın hakimlər üçün təyin etdiyi 3-cü kateqoriyaya daxildir. Maraqlıdır ki, Jqaniç kimi o da avrokuboklarda debüt edəcək. "Bakı" - "Mura" matçını isə ukraynalı referi Sergey Dankovski idarə edəcək.

Qeyd edək ki, bütün klublarımız ilk görüşünü iyulun 5-də keçirəcək. "Bakı" və "Xəzər Lənkəran" ilk oyunlarına doğma meydanda, "İnter" isə səfərdə çıxacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord