Stadionda əxlaqsızlıq yuvası aşkarlandı

Stadionda əxlaqsızlıq yuvası aşkarlandı
XƏBƏR 28 İyun 2012 / 01:54 3000
-  A +

İtaliyada “Napoli” futbol komandasına məxsus “San Paolo” stadionunda yaşananlar ölkəni ayağa qaldırıb.

Xəbər yayılıb ki, stadionun 50-dək əməkdaşı arenanın bəzi məkanlarının pul qarşılığında istifadəsinə icazə verib, otaqlarda əxlaqsızlıq yuvaları təşkil edib. Araşdırmalar zamanı bu məlumatlar təsdiqlənib.

Stadion direktoru Pina Tommasielli deyib: “Arenamızın bəzi hissələri fahişəxanaya döndərilib. Burada davam edən qanunsuzluğa son vermək üçün bu işləri görənlər vəzifələrindən uzaqlaşdırılıblar”.

İşdən çıxarıldığı bildirilən əməkdaşların stadionun bəzi məkanlarını yenicə ailə quran cütlüklərə və xaç suyuna çəkilən uşaqlara şəkil çəkdirmələri qarşılığında 40-50 avroya icarəyə verdikləri açıqlanıb. Bundan əlavə, onların idman qurğusu daxilindəki qırmızı və tək yataqlı otaqları pul qarşılığında cinsi əlaqə üçün 50 avroya verdikləri də üzə çıxıb.


Xəbər: Lent.az


Son xəbərlər