Loran Blan Premyer Liqada işləyə bilər

Loran Blan Premyer Liqada işləyə bilər
XƏBƏR 28 İyun 2012 / 01:15 1671
-  A +

Fransa milli komandasının baş məşqçisi Loran Blan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, fransız mütəxəssis İngiltərənin "Tottenhem" klubunu çalışdıra bilər.

Fransa millisinin baş məşqçi postuna "Marsel"in çalışdırıcısı Didye Dışamın gətirilicəyi iddia olunur. Belədə Blanın da "Tottenhem"i çalışdırması istisna olunmur. London təmsilçisinin yaxın günlərdə Blanla danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, "Tottenhem" klubu iyunun 14-də baş məşqçisi Hari Rednapla yollarını ayırmışdı.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın