Bakıdakı dünya çempionatının bütün iştirakçıları müəyyənləşdi

Bakıdakı dünya çempionatının bütün iştirakçıları müəyyənləşdi
XƏBƏR 28 İyun 2012 / 00:22 1430
-  A +

Azərbaycanda 17 yaşadək qızlar arasında keçiriləcək futbol üzrə dünya çempionatının bütün iştirakçıları müəyyənləşib.

Sentyabrın 22-də start götürəcək mundiala son vəsiqələrə Avropa qitəsindən Almaniya və Fransa yığmaları sahib olub.

Dünya çempionatına 16 ölkə millisi qatılacaq. Bunlardan biri təşkilatçı qismində Azərbaycan yığması olacaq. Qalan qitələrə gəldikdə, Asiyadan Yaponiya, Çin, KXDR, Afrikadan Qana, Qambiya, Nigeriya, Şimali və Mərkəzi Amerikadan ABŞ, Kanada, Meksika, Cənubi Amerikadan Braziliya, Kolumbiya, Uruqvay, Avstraliya və Okeaniyadan Yeni Zelandiya mübarizə aparacaq.

Dünya çempionatının püşkatma mərasimi iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Yarışa oktyabrın 13-də yekun vurulacaq.


Xəbər: Lent.az

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı