"Real"ın türk futbolçusu "Milan"ın hədəfində

"Real"ın türk futbolçusu "Milan"ın hədəfində
XƏBƏR 28 İyun 2012 / 00:37 2282
-  A +

İtaliyanın “Milan” klubu İspaniya “Real” (Madrid) komandasının futbolçuları Rikardu Karvalyu və Həmid Altıntopla maraqlanır.

Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, “rossonyerlər”in baş məşqçisi Massimiliano Alleqri müdafiənin mərkəzini 34 yaşlı portuqaliyalı Karvalyu ilə gücləndirmək istəyir.

Buna səbəb isə Alessandro Nestanın aşağı səviyyəli çıxışı, Filipp Meksesin qeyri-etibarlı oyunu, Tyaqu Silvanın durumuna isə aydınlıq gəlməməsidir.

29 yaşlı Altıntopun isə Türkiyə “Qalatasaray”ına da keçidi gündəmdədir. Lakin “sarı-qırmızılar” türk əsilli yarımmüdafiəçi ilə danışıqlarda ortaq məxrəcə gələ bilmir. Fürsətdən yararlanmaq istəyən “Milan” onu da heyətinə qatmaq niyyətindədir.


Son xəbərlər