"Bakı"nın yeni transferini yaxından tanıyaq (VİDEO)

VİDEO 27 İyun 2012 / 18:42 3195
-  A +

"Bakı" klubunun yeni transferi Giorgi Popxadzeni yaxından tanıyaq. Futbolçu 1986-cı ilin 25 oktyabr günündə anadan olub. Boyu 182 sm, çəkisi 80 kiloqramdır.

26 yaşlı gürcü müdafiənin mərkəzi və sol cinahında çıxış edir. Peşəkar karyerasına 17 yaşında Tbilisi “Dinamo”sunda başlayan Popxadze 5 il Danimarkanın “Vıborq” klubunda forma geyib. Daha sonra qısa müddətə yenidən vətəninə dönən və “Zestafoni”nin şərəfini qoruyan təcrübəli futbolçunun son klubu Avstriya “Şturm”u olub.

Popxadze son mövsüm Avstriya klubunun heyətində Avropa Liqasının qrup mərhələsində 5 oyunun iştirakçısı olub. Giorgi Gürcüstan millisinin heyətində 8 oyun keçirib. Popxadze son dəfə milli komanda formasını 3 həftə əvvəl Türkiyəyə qarşı yoldaşlıq görüşündə geyinib.




Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın