“Görünür, Runi yalnız şotland dilində başa düşür”

“Görünür, Runi yalnız şotland dilində başa düşür”
AVRO-2012 27 İyun 2012 / 18:41 2987
-  A +

İngiltərə millisinin sabiq baş məşqçisi Fabio Kapello Ueyn Runinin “Avro-2012”nin 1/4 final mərhələsində İtaliyaya qarşı sərgilədiyi oyunu tənqid edib.

Qol.Az-ın “Corriere dello Sport”a istinadən yaydığı məlumata görə, italiyalı mütəxəssis deyib: “İtaliya ilə oyundan sonra məndə belə təəssürat yarandı ki, Runi ancaq şotland dilində başa düşür. Çünki o, yalnız şotlandiyalı Aleks Fergüssonun rəhbərlik etdiyi “Mançester Yunayted”də yaxşı oynayır”.

Görünür, Kapellonun bu replikası Runinin replikasına cavabdır. Bugünlərdə o bildirmiş ki, Roy Hocsonun gəlişindən sonra İngiltərə millisində məşqçiylə bağlı dil problemi aradan qalxıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı