"Qəbələ" Sloveniyada 5 yoxlama görüşü keçirəcək

"Qəbələ" Sloveniyada 5 yoxlama görüşü keçirəcək
XƏBƏR 27 İyun 2012 / 16:55 1270
-  A +

İyunun 26-sı Bakıda biraraya gələrək tibbi müayinədən keçən “Qəbələ” sabah doğma şəhərində 2012-2013 mövsümünün hazırlıqlarına start verəcək.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, gündəlik iki məşq çıxacaq komanda Qəbələdəki hazırlıqlarını iyulun 10-na kimi davam etdirəcək.

İki günlük istirahətdən sonra – iyulun 13-də komanda hazırlıq məqsədilə Sloveniyaya yollanacaq. Ölkə xaricində baş tutacaq təlim-məşq toplanışının ikinci hissəsi iyulun 27-nə kimi davam edəcək. Toplanış müddətində “Qəbələ” 5 yoxlama oyununda gücünü sınayacaq. Rəqiblər qarşıdakı günlərdə dəqiqləşəcək.


Son xəbərlər