Zeynal Məmmədov: “Mura”nı zəif hesab edənlər, gedib, onların oyunlara baxsınlar”

Zeynal Məmmədov: “Mura”nı zəif hesab edənlər, gedib, onların oyunlara baxsınlar”
MÜSAHİBƏ 27 İyun 2012 / 15:57 2480
-  A +

Hazırda “Bakı”yla birgə Sloveniyada təlim-məşq toplanışında olan klubun vitse-prezdenti Zeynal Məmmədov Qol.Az saytına müsahibə verib

- Belə məlumat yayılıb  ki, Ekvador yığmasının hücumçusu Felik Boryayı transfer etmək istəyirsiniz. Bu, doğrudur?

- Bəli, bu futbolçuyla yaxından maraqlanıırıq. Onunla danışıqlar aparılıb. Lakin təkcə ekvadorlu deyil, bir çox səviyyəli futbolçularla danışıqlarımız davam edir. Hansı bizə münasib olsa, onunla müqavilə imzalayacağıq.

- Planlarınıza təkcə hücum mövqeyini gücləndirmək daxildi, yoxsa?

- Xeyr, sol cinah mövqeyinə də futbolçu almaq istəyirik. Düzdü, bu çatışmazlığı ötüşdürə bilərik. Lakin əgər qarşımıza ciddi məqsədlər qoymuşuqsa, lazımı futbolçular alınmalıdır. Biz istəyirik ki, unversal bir futbolçu alaq ki, həm sağ, həm də sol cinahlarda əla oynaya bilsin. Ən azı iki nəfər bizə mütləq lazımdır.

- Transfer etmək istədiyiniz futbolçular ölkəsinin milli komandasının formasını geyinir?

- Bəli. Bu, daha faydalıdır. Alınan futbolçu gərək komandasına kömək edə bilsin. Biri var oynamayan futbolçu alasan, gözləyəsən ki, özünə gələ, formaya düşə, biri də var, formada olub, gələn kimi  klubuna kömək edən oyunçu.  Həm də bizim çox az vaxtımız var.

- Klubunuzun futbolçusu Hacı Əhmədovun “Qarabağ”a keçidi barəsində nə deyərdiniz?
 
- Onun keçidinə razılığı biz vermişik. İstəmədik ki, futbolçu ehtiyatda oturaraq oynamasın. Əksinə, gənc futbolçunun digər komandada çıxış edərək karyerasını davam etdirməsini istədik. Niyə qabaqlarını kəsməliyik ki.

- Bir çox mütəxəssis “Bakı”nın Avroliqadakı rəqibi olan Sloveniyanın “Mura” komandasını zəif hesab edir. Bəs siz şanslarınızı necə qiymətləndirisiniz?

- Kim “Mura”nı zəif hesab edirsə, gəlib, onların oyunlara baxsın. Onda görəcəklər ki, fikirləşdikləri kimi zəif komanda deyil. “Mura” Sloveniya çempionatında 3-cü pilləni tutub.  Sloveniyanın milli komandası son dünya çempionatının final mərhələsində oynayıb. Keçmiş Yuqoslaviya və Balkan futbolunu təmsil edir.  Bunların uğuru bizimkilərdən daha çoxdur. Yoldaşlıq oyununda “Mura”ya 4:0 hesabıyla qalib gəldiyimizi ağlımızdan birdəfəlik çıxarmalıyıq. Sizi inandırım ki, “Mura” dünən keçirdiyi yoldaşlıq oyununda necə gözəl bir futbol nümayiş etdirdi. Baxmayaraq ki, 1:2 hesabıyla uduzdular, amma onlar özlərinə görə bir komandadır. Siz də bunun şahidi olacaqsınız.  Heç bir klubu aşağılamaz olmaz.  Xüsusən də, belə bir mötəbər turnirdə əllərindən gələni etməyə çalışacaqlar.

- Seleksiyaçı məşqçiniz Rafael Əmirbəyovu  “Mura”nın yoxlama görüşünü izləməyə yollamışdınız. Dolğun bir məlumat öyrənə bildinizmi?

- Bəli, lazımı məlumatlar toplamışıq. Bir daha deyirəm, heç kəs fikirləşməsin ki, bizə asan rəqib düşüb. Belə götürəndə, ən çətin rəqib elə “Bakı”ya düşüb. Gərək, arxı tullanmamış hop deməyəsən. Rafael rəqibin oyununu izlədikdən sonra bizə bildirdi ki, “Mura” meydanda “sökürdü”. Məğlub olsa da, çox güclü təsir bağışlayıb.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı