«Qəbələ»dən əzmkar heç-heçə

XƏBƏR 27 İyun 2012 / 15:25 1749
-  A +

Portuqaliyada IBERCUP-2012 beynəlxalq turnirində çıxış edən “Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası qrup mərhələsində ikinci oyununu keçirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, ilk oyunda yerli CIF klubunu 3:2 hesabilə məğlub edən təmsilçimiz növbəti matçda Fransa “Lorien”i ilə üz-üzə gəlib. Qarşılaşmada yüksək əzmkarlıq göstərən komandamız oyunun gedişində 1:3 hesabilə geriyə düşsə də, final fitinə kimi status-kvonu bərpa etməyi bacarıb – 3:3. “Qəbələ”yə 1 xalı gətirən qollara Təbriz İsazadə (2) və İdris İnqilablı imza atıblar. Bu nəticədən sonra hərəyə 4 xal toplayan “Qəbələ” və “Lorien” qrupun 1-ci 2-ci yerlərini bölüşürlər.

“Qəbələ” qrupun son oyununda iyunun 27-i UC Venesuela ilə qarşılaşacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord