Kapello: “İtaliya məni təəccübləndirir”

Kapello: “İtaliya məni təəccübləndirir”
AVRO-2012 27 İyun 2012 / 14:51 2429
-  A +

İngiltərə millisinin sabiq baş məşqçisi Fabio Kapello “Avro-2012”də həmvətənləri olan İtaliya millisinin futbolçularının oyunu haqda fikirlərini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, o qeyd edib ki, İtaliya millisinin oyununun keyfiyyətindən və mübarizə əzmindən yaxşı mənada təəccüblənib: “İngiltərəylə 1/4 final oyununda komanda bir çox imkandan istifadə edə bilməsə də, əla oynadı. Bizə dəqiq sonluğu başa çatdırmağı bacaran hücumçu çatışmır. Kassono böyük ustadır, amma ondan nə vaxt nə gözləyəcəyini bilmirsən. Amma məşqçi ona və Balotelliyə inanır. Prandelli onları yaxşı futbolçular sayır. Mən də hesab edirəm ki, məhz bu cütlük almanlarla yarımfinalda oynamalıdır”.

Kapello hesab edir ki, İtaliya komandasının lideri Andrea Pirlodur: “O, Deniele de Rossiylə birgə dünyanın ən yaxşı yarımmüdafiəçilərindəndir”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın