“Xəzər Lənkəran” favorit olsa da, mərhələni moldovanlar keçdi”

“Xəzər Lənkəran” favorit olsa da, mərhələni moldovanlar keçdi”
XƏBƏR 27 İyun 2012 / 13:18 2718
-  A +

“Püşkün nəticəsindən razı qaldım. Çox istəyirəm ki, “Xəzər Lənkəran”a qarşı oynayım. Yadımdadır, 2010-cu ildə bu komandaya “Levadiya”dan yollanmışdım”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Estoniya mətbuatına açıqlamasında “Xəzər Lənkəran”ın estoniyalı sabiq futbolçusu, hazırda məhz Lənkəran klubuna rəqib olan “Nomme Kalyu”nun şərəfini qoruyan  Tixon Şişov deyib.

Püşkü dəyərləndirən futbolçu növbəti mərhələyə keçmək şanslarının olduğunu düşünür: “Xəzər Lənkəran” cütün favoritidir ki, bu da təbiidir. Çünki onların heyətində güclü legionerlər oynayır. Ancaq bizim də şansımız var. Məsələn, mən 2 il əvvəl bu komandada oynayanda lənkəranlılar Moldovanın “Olimpiya” klubu ilə düşmüşdülər. O zaman “Xəzər Lənkəran” kağız üzərində favorit olsa da, sonda mərhələni keçən tərəf moldovanlar oldu. Bu mənada, biz də Azərbaycana qələbə dalınca yollanırıq, amma heç-heçə də pis nəticə sayılmayacaq”.

Şişov Lənkəranın yollarından da danışıb:  “Lənkəran Bakıdan 300 km uzaqlıqda yerləşir. Mən oynadığımn dövrdə oranın yolları elə də yaxşı deyildi. Ümumiyyətlə, Azərbaycandakı yollar Almaniyadakı kimi deyil”.
 
Qeyd edək ki, Şişev 2009/10-cu il mövsümündə “Xəzər Lənkəran”ın şərəfini qoruyub. Sonradan isə o, klubla müqaviləsi başa çatmadığı halda Lənkəran klubundan ayrılıb. Futbolçunun sözlərinə görə, lənkəranlılarla çəkişməsi hələ də davam edir: “Bununla belə, ümid edirəm ki, müqavilə ilə mənə çatacaq pulu ala biləcəyəm”.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord