Almaniya və Fransa yığmaları Bakıya gələcək

Almaniya və Fransa yığmaları Bakıya gələcək
XƏBƏR 27 İyun 2012 / 11:42 1557
-  A +

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-ə vəsiqə qazanan son ölkələr müəyyənləşib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 26-da İsveçrənin Nyon şəhərində keçirilmiş Danimarka – Almaniya və İsveçrə - Fransa oyunlarının nəticəsinə əsasən Almaniya və Fransa yığmaları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də iştirak hüququ qazanıblar.

Xatırladaq ki, startına 86 gün qalan çempionatda Azərbaycan yığması ev sahibi statusu ilə çıxış edəcək.

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bütün iştirakçılarının siyahısını diqqətinizə çatdırırıq: Azərbaycan, Yaponiya, Çin, Şimali Koreya, Braziliya, Kolumbiya, Uruqvay, Qana, Qambiya, Nigeriya, Yeni Zelandiya, ABŞ, Kanada, Meksika, Almaniya, Fransa.

 

 

Daha çox


Son xəbərlər