"Almaniyada Məsut Özil varsa, İtaliyada da mən varam"

"Almaniyada Məsut Özil varsa, İtaliyada da mən varam"
AVRO-2012 27 İyun 2012 / 03:11 3760
-  A +

İtaliya milli komandasının yarımmüdafiəçisi Andrea Pirlo "Avro-2012"nin yarımfinalında sabah axşam qarşılaşacaqları Almaniya ilə oyun haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran Pirlo turnirə çempion olmaq üçün gəldiklərini bildirib:

"Almaniya millisi çox güclü rəqibdir. Onlar yarımfinala gələnə qədər bunu sübut ediblər. Ancaq düşünürəm ki, almanlar bizdən çəkinməlidirlər. Çünki İtaliya millisi hazırda İspaniya yığması ilə eyni səviyyədədir. Əgər Almaniyada Məsut Özil varsa, biz də mən varam. Buraya Avropa çempionu olmaq üçün gəlmişik".

Qeyd edək ki, Almaniya - İtaliya matçı sabah axşam Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 


Son xəbərlər