İniyesta: "Portuqaliya ilə oyuna revanş kimi baxmırıq"

İniyesta: "Portuqaliya ilə oyuna revanş kimi baxmırıq"
AVRO-2012 27 İyun 2012 / 02:15 2558
-  A +

İspaniya milli komandasının yarımmüdafiəçisi Andres İniyesta "Avro-2012"nin yarımfinalında bu axşam qarşılaşacaqları Portuqaliya oyun haqda danıışıb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, İniyesta Portuqaliyaya qarşı oyuna son dünya çempionatındakı görüşün revanşı kimi baxmadıqlarını bildirib:

"Portuqaliya dünyanın ən yaxşı komandalarından biridir. Onların hücumameyilli oynayacağını gözləyirəm. Çünki rəqibin heyətində çox güclü futbolçular çıxış edir. Əgər biz ehtiyatlı oynamasaq, çətinliklə üzləşəcəyik.
 
Ona görə də diqqətli olmalıyıq. Biz bu görüşə son dünya çempionatındakı görüşün revanşı kimi baxmırıq. Düzdü, portuqallar həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar. Ancaq biz də qələbə qazanmaqla finala çıxmaq istəyirik".

Qeyd edək ki, CAR-da keçirilən son dünya çempionatının 1/8 finalında İspaniya David Vilyanın qolu sayəsində Portuqaliyanı 1:0 hesabı ilə məğlub etmişdi. 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı