Kasilyas: "Avro-2012"nin əsas favoriti bizik"

Kasilyas: "Avro-2012"nin əsas favoriti bizik"
AVRO-2012 27 İyun 2012 / 00:01 2426
-  A +

İspaniya milli komandasının qapıçısı İker Kasilyas "Avro-2012"nin yarımfinalında sabah qarşılaşacaqları Portuqaliya oyun haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "Pundo Radio"ya danışan qolkiper "Avro-2012"nin əsas favoritinin məhz İspaniya millisinin olduğunu bildirib:

"Portuqaliya millisi güclü rəqibdir. Əsasən də Ronaldoya diqqət yetirməliyik. Ancaq Pike və Puyol hər zaman ona qarşı yaxşı oynayıblar. Həm "Barselona"da, həm də İspaniya millisində. Artıq aldığımız məğlubiyyətlərdən və buraxdığımız səhvlərdən nəticə çıxarmışıq.
 
Turnirdə bütün oyunlar fərqli keçir. Bəzən qol vura bilmirik. Buna görə də müxtəlif üsullara əl atmalı oluruq. Portuqaliya ilə görüşdə də öz oyunumuzu oynayacağıq. Bununla belə, "Avro-2012"nin əsas favoriti bizik".

Qeyd edək ki, Portuqaliya - İspaniya matçı bu axşam Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər