Böyükağa Hacıyev "Sepahan"la oyundan danışdı

Böyükağa Hacıyev "Sepahan"la oyundan danışdı
ÖLKƏ FUTBOLU 26 İyun 2012 / 23:36 2634
-  A +

"Ümumilikdə oyundan razı qaldım. İlk görüşlə müqayisədə futbolçular bir-birini daha yaxşı başa düşürdü. Rəqibimiz də Asiya qitəsində öz adından söz etdirmiş İran çempionu idi. Nəticə isə qələbə ruhunu qoruyub saxlamaq baxımından vacibdir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyədə hazırlıqlarını davam etdirən “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev İran çempionu “Sepahan”la oyun (1:0) haqda danışarkən deyib.

Klubun saytına açıqlama verən Hacıyev toplanışa cəlb olunmuş gənc futbolçuların ümidləri doğrultduqlarını bildirib:

“Çalışacağıq ki, ixtiyarımızda olan hazırlıq müddətindən maksimum yararlanıb komandanı tam hazır vəziyyətə gətirək".


 

Daha çox


Son xəbərlər