Cüneyt Çakıra şok ittiham

Cüneyt Çakıra şok ittiham
AVRO-2012 26 İyun 2012 / 21:49 4083
-  A +

“Avro-2012”nin İspaniya və Portuqaliya komandaları arasında keçiriləcək yarımfinal oyununun hakimi Cüneyt Çakırın ünvanına şok ittiham səslənib.

Qol.Az-ın Türkiyənin “Bu gün” telekanalına istinadən yaydığı məlumata görə, Portuqaliya bəzi qəzetləri milli komandalarına qarşı hiyləgər plan hazırlandığını iddia edib.

Bildirilib ki, UEFA İcraiyyə Komitəsinin üzvü olan Şenes Erzikle İspaniya Futbol Federasiyasının prezidenti arasında sıx dostluq münasibətləri var. İddia olunub ki, məhz bu iki şəxsin birbaşa dəstəyi ilə Çakır yarımfinal oyununa təyinat alıb. Portuqaliya mətbuatı 1/2 finalda Cüneyt Çakırın Portuqaliya əleyhinə qərar çıxaracağını yazıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı