Aleksandr Səmədov: “Dinamo”nu bir nəfərin istəyi ilə tərk edirəm”

Aleksandr Səmədov: “Dinamo”nu bir nəfərin istəyi ilə tərk edirəm”
XƏBƏR 26 İyun 2012 / 20:37 2650
-  A +

Moskvanın “Dinamo” klubunun azərbaycanlı futbolçusu Aleksandr Səmədov Avstriyada təlim-məşq toplanışında olan komandasının düşərgəsində ayrılaraq bu gün Moskvaya qayıdıb. Qol.Az-ın məlumatına görə, Avstriyanı tərk etməzdən əvvəl Səmədov telefonla “Sovestki sport” qəzetinin suallarını cavablandırıb.

- Siz həqiqətən Moskvaya qayıdaraq “Lokomotiv”lə müqavilə imzalayacaqsınız?

– Mən Avstriyadan Moskvaya dönürəm. Amma bununla əlaqədar konkret şərh vermək istəmirəm. Yaxın zamanlarda hər şey qətiləşəcək.

– Deməli, “Lokomotiv”lə müqavilə hələ imzalanmayıb?

– Mən bilmirəm, hələ kiminlə müqavilə bağlayacağam. Amma danışıqlar aparmağa gəlirəm.

- “Lokomotiv”lə?

–  Təkcə onlarla deyil, başqa variantlar da var. Bu variantların Rusiya, yoxsa xaricdən olduğu haqda heç nə demək istəmirəm. Hər şey mənim üçün gözlənilməz oldu. Ümumiyyətlə, “Dinamo”nu tərk edəcəyimi gözləmirdim. Amma vəziyyət elə oldu ki, mən bir nəfərin istəyi ilə bu klubu tərk etdim.

– Yəni siz özünüz “Dinamo”dan getmək istəmirdiniz?

– Sadəcə, mən bildiyimə görə, bir nəfər mənim başqa kluba satılmağımın əleyhinə olmayıb. Ona görə də… Nə isə gəlin, bu haqda danışmayaq. Onsuz da sabah siz hər şeyi biləcəksiniz.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı