Daha bir fransız futbolçu rəsmən "Arsenal"da

Daha bir fransız futbolçu rəsmən "Arsenal"da
XƏBƏR 26 İyun 2012 / 18:52 2369
-  A +

İngiltərənin "Arsenal" klubu heyətini daha bir fransız futbolçu ilə gücləndirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, London təmsilçisi "Montpellier"in heyətində Fransa çempionu olan Olivier Jirunu transfer edib.

"Arsenal"ın baş məşqçisi Arsen Venger Jirunun transferi ilə bağlı bunları deyib: "Çox gözəl oyun düşüncəsi və fiziki gücə sahib olan bir oyunçunu transfer etmişik. Onun "Arsenal"da necə çıxış edəcəyini isə deyə bilmərəm. Ancaq çox həyəcanlıyam".

Qeyd edək ki, Jiru ötən mövsüm "Montpellier"in heyətində keçirdiyi 36 oyunda 21 qola imza atıb.


Son xəbərlər