Georgi Çiaberaşvili: "Neftçi" bizi düzgün qiymətləndirmir"

Georgi Çiaberaşvili: "Neftçi" bizi düzgün qiymətləndirmir"
ÖLKƏ FUTBOLU 26 İyun 2012 / 17:51 2848
-  A +

"Təbii ki, "Neftçi" bizim üçün yaxşı rəqib deyil. Onların heyətində yüksək səviyyəli futbolçular çıxış edir. Lakin biz rəqibimizdən çəkinmirik. İstənilən rəqibə qarşı oynamağa hazırıq. Əsas hədəfimiz də bacardığımız qədər irəli getməkdir".

Qol.Az-ın məlumatına görə, bu sözləri Gürcüstan mətbuatına açıqlamasında "Zestafoni" klubunun baş məşqçisi Georgi Çiaberaşvili deyib.

Komandasının "Neftçi" ilə oyundakı şanslarını dəyərləndirən gürcüstanlı mütəxəssis qarşı tərəfin onları düzgün qiymətləndirməməsindən gileylənib:
 
"Oyunların çox çətin keçəcəyini bilirik. Lakin biz komandamıza inanırıq. "Neftçi" tərəfi isə bizi düzgün qiymətləndirmir. Üstəlik onlar püşkün nəticəsini də özləri üçün uğurlu hesab edirlər. Bu, onların öz fikridir. Əslində belə düşüncə bizi qane edir. Rəqib bizi düzgün qiymətləndirmədiyi üçün meydanda daha çox qüvvə sərf etməli olacaq. 

Artıq rəqib haqda müəyyən məlumatlarımız var. Bilirik ki, onların heyətində yarım milyon, hətta 1 milyon dəyərində futbolçular çıxış edir. Ancaq futbolda pul bütün problemləri həll etmir. Oyuna gəldikdə isə şanslarımızı 50/50 dəyərləndirirəm. Bununla belə, düşünürəm ki, "Neftçi" bizi ilk oyundan sonra daha yaxşı tanımış olacaq".

Qeyd edək ki, "Neftçi" və "Zestafoni" komandaları arasında ilk görüş iyulun 17-də, cavab matçı isə ayın 25-də Gürcüstanda keçiriləcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord