"İspaniya millisinin “Barselona” kimi oynadığını düşünənlər dəlidirlər"

"İspaniya millisinin “Barselona” kimi oynadığını düşünənlər dəlidirlər"
AVRO-2012 26 İyun 2012 / 17:16 2906
-  A +

“Bizim “Real” (Madrid) və ya “Barselona” kimi futbol oynamağımıza dair iddialara yalnız anormallar inana bilərlər”.

Bunu futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Visente Del Boske deyib. 61 yaşlı mütəxəssis komandasının “Barselona”ya məxsus oyun üslubunu kopyalaması ilə razılaşmadığını bildirib:
 
“Hər bir insan millinin oyununu özünə görə qəbul edir. Oyun üslubumuzu ictimaiyyətin necə qəbul etməsi məni maraqlandırmır. Məni komandam və nəticə narahat edir. Lakin yığmanın oyununu “Barselona” və ya “Real Madrid”inki ilə eyniləşdirənlərin psixika ilə bağlı problemləri var. Biz İspaniya yığmasıyıq, hansısa klub yox”.

Qeyd edək ki, İspaniya yığması 2012-ci il Avropa çempionatının yarımfinalında Portuqaliya ilə üz-üzə gələcək. Oyun iyunun 27-də Ukraynanın Donetsk şəhərindəki “Donbass-Arena”da baş tutacaq.


Xəbər: Lent.az


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord