"Neftçi"nin rəqibi Avstriyaya 25 futbolçu ilə yollandı

"Neftçi"nin rəqibi Avstriyaya 25 futbolçu ilə yollandı
XƏBƏR 26 İyun 2012 / 16:38 2183
-  A +

"Neftçi"nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Gürcüstanın "Zestafoni" klubu bu gün Avstriyaya yollanıb.

Qol.Az-ın "Zestafoni" klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Gürcüstan təmsilçisi "Neftçi" ilə oyuna məhz bu ölkədə hazırlaşacaq.

İyulun iyulun 10-na kimi Avstriyada təlim-məşq toplanışında olacaq "Zestafoni" klubu ayın 29-da Rumıniyanın "Astra" komandası ilə yoldaşlıq görüşü keçirəcək. Zestafoni təmsilçisi Avstriyaya 25 futbolçu ilə yollanıb:


Qapıçılar: Roin Kvasxvadze, Zurab Mamaladze, Anna Meşveliani
 
Müdafiəçilər: Zaal Eliava, Edik Sacaya, Mamuka Kobaxidze, Teymuraz Qonqadze, Tornike Qriqalaşvili, M.Qaqoşidze
 
Yarımmüdafiəçilər: Aleks Benaşvili, Zurab Menteşaşvili, Tornike Qorqiaşvili, Şota Babunaşvili, Tornike Aptsiauri, Luke Ququçia, Bay Şarikadze, David Razamaşvili, Quram Samuşia, Mixael Sardalişvili
 
Hücumçular: Jaba Dvali, Abayomi Ovonikoko, Otar Kvernadze, David Muciri


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı