Samir Nəsri iki il müddətinə millidən uzaqlaşdırıla bilər

Samir Nəsri iki il müddətinə millidən uzaqlaşdırıla bilər
GÜNDƏM 26 İyun 2012 / 14:52 2683
-  A +

Fransa Futbol Federasiyası Samir Nəsrini milli komandadan uzaqlaşdıra bilər.

Qol.Az-ın “L'Equipe” nəşrinə istinadən yaydığı məlumata görə, “Avro-2012”nin 1/4 final mərhələsində İspaniyaya qarşı matçdakı məğlubiyyətdən sonra Nəsri ona yaxınlaşıb müsahibə götürmək istəyən jurnalistin anasına söyüb ki, bu da ciddi etiraza səbəb olub.

Məsələylə əlaqədar gələn həftə Fransa Futbol Federasiyasında dinləmələr keçiriləcək. Həmin iclasda Samir Nəsrinin iki il müddətinə milli komandadan kənarlaşdırılacağı gözlənilir. Belə bir qərar qəbul edilsə, bu, Fransa komandasının tarixində ən ağır cəza olacaq.

Daha çox


Son xəbərlər