UEFA Almaniya Futbol Federasiyasını cəzalandırdı

UEFA Almaniya Futbol Federasiyasını cəzalandırdı
AVRO-2012 26 İyun 2012 / 14:13 2699
-  A +

UEFA İntizam Komitəsi Almaniya Futbol Federasiyasını (AFF) da cəzalandırıb.

Qol.Az-ın "ESPN"ə istinadən verdiyi məlumata görə, buna isə Bundestimin azarkeşlərinin "Avro-2012"nin oyunları zamanı futbol qaydalarına zidd davranışları səbəb olub.

Belə ki, Almaniya millisinin oyunları zamanı bir qrup azarkeşin faşist (nasist) bayrağı dalğalandırması UEFA-nın diqqətindən yayınmayıb. Məhz bu səbəbdən də AFF-ya 31,2 min dollar cərimə kəsilib.

Qeyd edək ki, UEFA İntizam Komitəsi daha öncə azarkeşlərin qalmaqal yaratması səbəbi ilə Rusiya Futbol Federasiyasını (RFF) cərimələmişdi.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı