Pike: "Ronaldoya qarşı oynamaq hər zaman çətindir"

Pike: "Ronaldoya qarşı oynamaq hər zaman çətindir"
AVRO-2012 26 İyun 2012 / 13:42 2904
-  A +

İspaniya milli komandasının müdafiəçisi Xerard Pike "Avro-2012"nin yarımfinalında sabah qarşılaşacaqları Portuqaliya oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "As"a açıqlama verən Pike Kriştiano Ronaldoya qarşı oynamağın hər zaman çətin olduğunu bildirib:

"Ronaldonu tanıyıram. Yaxşı adamdı. Onunla 2-3 il birgə "Mançester Yunayted"də oynamışam. Hər ikimiz ingiliscə danışır və yaxşı anlaşırdıq. Sabah axşam Ronaldo ilə ilk dəfə qarşılaşmayacam. Ancaq ona qarşı oynamaq hər zaman çətin olub. Bu oyunda Ronaldoya boş sahə verməməliyik".

Qeyd edək ki, Portuqaliya - İspaniya matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər