Didye Droqba haqda şok iddia

Didye Droqba haqda şok iddia
XƏBƏR 26 İyun 2012 / 13:11 3062
-  A +

Bir müddət öncə Çinin "Şanxay Şenhua" klubuna transfer olunan Didye Droqba haqda şok iddia ortaya atılıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 34 yaşlı futbolçunun "Barselona"ya transfer olunacağı gözlənilir.

Miamidə iki komanda arasında keçiriləcək yoldaşlıq matçı öncəsi "Barselona"nın futbolçuları Messi, Pinto, Alveş və Maskerano ilə görüşən Droqbanın Kataloniya təmsilçisinin rəhbərliyi ilə danışıqlar aparadığı bildirilir. Lakin hələlik Droqba bununla bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, Droqba "Şaxay Şenhua" klubu ilə iki illik müqavilə imzalayıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki