Fatih Terimin qızı döyüldü

Fatih Terimin qızı döyüldü
XƏBƏR 26 İyun 2012 / 12:21 2584
-  A +

Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terimin kiçik qızı Busə Terim Bodrumda dincəldiyi məkanda hücuma məruz qalıb.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Busə Terimlə bir qız arasında ayaqyolu növbəsində mübahisə yaranıb, ikinci Busəyə sillə vurub və onun başına çantası ilə zərbə endirib.

Növbədə olan digər müştərilərin də müdaxiləsi ilə hadisənin qarşısı böyümədən alınıb. B.Terimin qayıdaraq hadisəni danışması ilə qrupda olan oğlanlar həmin qızı taparaq onu yüngülvari döyüb.

Bədənindən qanı axan qız polis şöbəsinə gedərək şikayətçi olub. Məkanda olan ofisanlardan biri isə qızın qırıq şüşəylə özü-özünü yaraladığını bildirib.

Qeyd edək ki, tərəflər daha sonra barışdırılıb.


Xəbər: Anspress.com

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı