"Özümü heç vaxt Messi ilə müqayisə etməmişəm"

"Özümü heç vaxt Messi ilə müqayisə etməmişəm"
XƏBƏR 26 İyun 2012 / 02:15 2658
-  A +

İspaniya milli komandasının yarımmüdafiəçisi Sesk Fabreqas maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "Goal.com"a danışan Fabreqas "Barselona"dakı komanda yoldaşı Lionel Messi ilə müqayisə olunmasına toxunub:

"Heç vaxt özümü Messi ilə müqayisə etməmişəm. O, bir brenddir. Ümumiyyətlə, bu mövzu haqda danışmaq düzgün deyil. Messi tam fərqli futbolçudur. Dünyada bir nömrədir. Düzdü, İspaniya millisində onun funksiyalarını yerinə yetirirəm.

Ancaq mən onun kimi bir neçə futbolçunu geridə qoyaraq, qol vura bilmərəm. Mən ən yaxşı halda qol ötürməsini verər və ya bu tip pasları cərimə meydançasında qəbul edə bilərəm. Yəni, bir sözlə, Messi yek, Fabreqas başqadır".


Son xəbərlər