Ronaldo: "Messi də müzakirə oluna bilər"

Ronaldo: "Messi də müzakirə oluna bilər"
AVRO-2012 26 İyun 2012 / 00:01 3371
-  A +

"Real" (Madrid) klubunun ulduz futbolçusu Kriştiano Ronaldo yenidən maraqlı açıqlamaları diqqət mərkəzinə düşüb.

Qol.Az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran Ronaldo hətta Lionel Messinin də müzakirə oluna biləcəyini bildirib:

"Əgər ulduz futbolçu səviyyəsinə çatmısansa, üzərində daha çox təzyiq olacaq. Hər zaman eyni səviyyədə çıxış edə bilməzsən. Müəyyən vaxtlarda eniş də ola bilər. Mən təzyiqlərə cavab vermək niyyətində deyiləm. Sadəcə, meydana çıxaraq sözümü deyirəm. Hətta, Messi belə müzakirə edilə bilər. Bu səbəbdən də həmin təzyiqlərə görə əsəbləşmirəm". 

Qeyd edək ki, Ronaldo "Avro-2012"də qrup mərhələsinin iki oyunundan sonra (Almaniya və Danimarka) azarkeşlərin təzyiqi ilə üzləşmişdi. 

 


Son xəbərlər