Azərbaycan klublarının ilk oyunlarını harada keçirəcəyi dəqiqləşdi

Azərbaycan klublarının ilk oyunlarını harada keçirəcəyi dəqiqləşdi
ÖLKƏ FUTBOLU 25 İyun 2012 / 19:57 4485
-  A +

“İnter” klubu Avroliqada “Trans”la ilk oyununu Bakıda deyil, Estoniyada keçirəcək. Bu haqda Qol.Az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Xatırladaq ki, püşkün nəticəsinə əsasən, “İnter” birinci oyununu Bakıda keçirməliydi. Lakin həmin gün yarışdakı digər təmsilçilərimiz olan “Bakı” və “Xəzər Lənkəran” da rəqiblərini Azərbaycanda qəbul etməli idilər. Bundan başqa, “Bakı” və “İnter” oyunlarını eyni stadionda – Mərdəkandakı “Dalğa Arena”da keçirəcəyindən oyunlardan birinin səfərdə keçirilməsi zərurəti yaranmışdı.

Bu gün UEFA və adları çəkilən klub nümayəndələrinin iştirakı ilə keçirilən görüşdən sonra “İnter”in birinci oyunun səfərdə keçirilməsi qərara alınıb.

“Bakı” əvvəlcədən planlaşdırıldığı kimi rəqibi olan “Mura”nı (Sloveniya) “Dalğa Arena”da, “Xəzər Lənkəran” isə “Nomme Kalyu”nu Lənkəran şəhər stadionunda qəbul edəcək.

İlk oyunlar iyulun 5-də baş tutacaq.

 

Daha çox


Son xəbərlər