"İnter"in rəqibi: "Trans"

"İnter"in rəqibi: "Trans"
XƏBƏR 25 İyun 2012 / 18:53 2231
-  A +

Bakı "İnter"inin Avropa Liqasındakı rəqibi Estoniyanın "Trans" klubunun əsası 1979-cu ildə qoyulub.

Qol.Az-ın məlumatına görə, komanda Estoniyanın Narva şəhərini təmsil edir.

Klubun prezidenti Nikolay Burdakov, baş məşqçisi Aleksey Yaqudindir. Ev oyunlarını "Kreenholmi" stadionda keçirən "Trans" klubu doğma meydanda "qırmızı-qara-göy", səfər görüşlərində isə "qırmızı - qara" formaları ilə çıxış edir. Stadion isə təxminən 3 min tamaşaçı tutumuna malikdir. 

Komandanın ən yüksək nailiyyəti isə 2006-cı ildə ölkə çempionatında gümüş medal qazanması olub. Lakin komanda 4 ildir ki, çempionatı 3-cü yerdə başa vurur. 2007 və 2008-ci illərdə Estoniyanın Superkubokunu da qazanmağa müvəffəq olan "Trans" 2011-ci ildə ölkə kubokunun finalına çıxsa da, baş mükafata sahib çıxa bilməyib.

Qeyd edək ki, "Trans" son mövsümü 5-ci pillədə başa vurub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı