Avroliqa təmsilçilərimiz stadion problemiylə üzləşdi: “Bakı” və “İnter” ilk oyununu harada keçirəcək?

Avroliqa təmsilçilərimiz stadion problemiylə üzləşdi: “Bakı” və “İnter” ilk oyununu harada keçirəcək?
ÖLKƏ FUTBOLU 25 İyun 2012 / 18:49 3040
-  A +

Bu gün Bakı vaxtı ilə saat 19.00-da “İnter”, “Bakı”, onların Avropa Liqasında rəqibləri olan “Mura” (Sloveniya), “Trans” (Estoniya) və UEFA nümayəndələrinin iştirakı ilə toplantı keçiriləcək. Bu haqda Qol.Az-a hazırda İsveçrədə olan “İnter” klubunun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Görüşün keçirilməsinə səbəb, peşkün nəticəsinə əsasən, “İnter” və “Bakı”nın iyulunun 5-dəki ilk oyunlarını Bakıda keçirməsidir.

Məsələ burasındadır ki, Tofiq Bəhramov adına Respublika stadionu təmirə baglandığından “Bakı”Avroliqada ev oyunlarını Mərdəkəndakı “Dalğa Arena”da keçirəcək. “İnter”in öz stadionu olan “Şəfa”da UEFA-ya göndərdiyi sifariş ərizəsində məhz bu stadionda oyun keçirəcəyini qeyd edib. Amma hər iki klubun birinci ev oyunları eyni günə təsadüf etdiyindən komandalarımızdan birinin ilk matçını səfərdə keçirmək zərurəti yaranıb.

Xatırladaq ki, Avroliqadakı digər təmsilçimiz "Xəzər Lənkəran" da ilk oyununu iyulun 5-də doğma meydanda keçirəcək. Amma onlar matçını Lənkəran şəhər stadionunda keçirəcəyindən bir problemlə üzləşməyəcəklər.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı