"Xəzər Lənkəran" bərpa olunmuş komandaya qarşı

"Xəzər Lənkəran" bərpa olunmuş komandaya qarşı
XƏBƏR 25 İyun 2012 / 17:50 2817
-  A +

"Xəzər Lənkəran"ın Avropa Liqasındakı rəqibi Estoniyanın "Nomme Kalyu" klubunun əsası 1923-cü ildə qoyulub.

Qol.Az-ın məlumatına görə, paytaxt Tallini təmsil edən komanda sonradan fəaliyyətini dayandırsa da, 1997-ci ildə yenidən bərpa olunub.

Ev oyunlarını “Hiyu” stadionunda keçirən "Nomme Kalyu" klubu doğma meydanda ağ, səfər görüşlərində isə qara forma ilə çıxış edir. Klubun prezidenti Kuno Texva, baş məşqçisi isə İqor Prinsdir.

"Nomme Kalyu" klubunun uğurlarına gəlincə isə komandanın ən böyük zəfəri ötən mövsümə təsadüf edib. 2008-ci ildə yüksək liqada çıxış edən Tallin təmsilçisi həmin mövsümün dördüncüsü olub. Lakin ötən mövsüm isə komanda tarixi ərzində ilk mükafatını - gümüş medalı qazanmağa nail olub.


Son xəbərlər