"Bakı"nın rəqibini yaxından tanıyaq

"Bakı"nın rəqibini yaxından tanıyaq
XƏBƏR 25 İyun 2012 / 17:19 2370
-  A +

"Bakı"nın Avropa Liqasındakı rəqibi Sloveniyanın "Mura" klubunun əsası 1924-cü ildə qoyulub.

Qol.Az-ın məlumatına görə, komanda Murska Sobota adlı şəhəri təmsil edir.

Ev oyunlarını "Fazanerija" stadionunda keçirən "Mura" meydana əsasən "ağ-qara" formasında çıxır. "Mura"nın stadionu isə 3,782 min tamaşaçı tutumuna malikdir.

Klubun sahibi Miroslav Topiç, baş məşqçisi isə Ante Simundzadır. Komanda tarixi ərzində 3 dəfə Sloveniya çempionatının gümüş medalçısı, Sloveniya kuboku və superkubokunun qalibi olub.

Qeyd edək ki, "Mura" cari mövsümü 3-cü pillədə başa vurub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı