“Trans”ın baş məşqçisi: “İnter” ciddi rəqibdir”

“Trans”ın baş məşqçisi: “İnter” ciddi rəqibdir”
MÜSAHİBƏ 25 İyun 2012 / 16:55 3227
-  A +

Avropa Liqasında Bakı “İnter”inin rəqibi olan Estoniyanın “Trans” klubunun baş məşqçisi Serqey Prixodko Qol.Az-a müsahibə verib

- Cənab Prixodko, yəqin ki, xəbəriniz var, Avropa Liqasındakı rəqibiniz Azərbaycanın “İnter” klubu oldu...

- Bəli, artıq rəqibimizin kimliyini öyrəndik.

- Elə isə başlayaq püşkə münasibətinizdən...

- Açığı, rəqibimizin kimliyini yenicə öyrənmişəm. Odur ki, dəqiq bir söz deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, bizim üçün çətin olacaq.

- Yəqin ki, məlumat toplayacaqsınız.

- Əlbəttə, mütləq. Günü  sabahdan “İnter” haqqında daha ətraflı məlumat toplamağa başlayağıq. Bu klubun son göstəricici necə olub?

- Azərbaycan çempionatında 3-cü pilləni tutdu. Ümumiyyətlə isə, ikiqat ölkə çemponudur.

- Dedim axı, çətin olacaq. Avropa Liqasında bütün oyunlar çətin keçir. Bu mənada “İnter” də çox ciddi rəqibdi. Ancaq biz də bacardığımız qədər rəqibə müqavimət göstərəcəyik. Əgər Avropa Liqasına vəsiqə qazanmışıqsa, deməli, özümüzü təsdiq etməliyik.

- İlk oyun Bakıda keçiriləcək. Bunu komandanız üçün üstünlük hesab edirsiniz?

- Prinsipcə, mənim üçün elə də fərqi yoxdur. Onsuz da eyni rəqiblə iki dəfə qarşılaşacaqsan. Sadəcə, ilk oyunu səfərdə keçirmək həmişə üstünlük sayılıb. Bu, artıq, formalaşmış bir fikirdi.

- Azərbaycan futbolunun son durumu haqqında məlumatınız var?

- İnternet vasitəsilə izləyirəm. Bilirəm ki, son zamanlar inkişaf gedir, futbolunuza yaxşı maliyyə yatırımı edilir. Maliyyə olandan sonra isə, daha sürətlə inkişaf etmək şansın çox olur. 

- “İnter”lə oyunlardakı şansınızı necə qiymətləndirirsiniz?

- Hələ şans haqqında danışmasaq yaxşıdır. Rəqibi tam öyrənəndən sonra bu haqda nə isə deyə  bilərəm. Qoyun, şanslar 50/50-yə olsun (gülür)


Anar XANLAROV

 

Daha çox


Son xəbərlər